“Ermənistan hakimiyyəti 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiyanın atəşkəslə bağlı imzaladığı üçtərəfli bəyanatdan sonra ölkənin geopolitik vəziyyətdən çıxarmaq üçün nəinki addım atıb, əksinə fəaliyyəti ilə vəziyyət daha da ağırlaşdırıb”.

Bu, Ermənistan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 1-də yaydığı bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, baş nazir Nikol Paşinyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan və yüksək vəzifəli başqa hərbçiləri vəzifədən azad etməyə cəhd göstərməsi ölkənin ərazi bütövlüyünə, regionda yaranan zərif sülhə zərbədir. Akademiklər Ermənistan ordusunu ermənilərin varlığı üçün başlıca təminat sayırlar.

İstinadlar Report