Ermənistan Mərkəzi Bankının valyuta ehtiyatları kəskin şəkildə azalıb.

Ermənistan Mərkəzi Bankın valyuta ehtiyatları təkcə bir ay ərzində 255 milyon dollar, başqa sözlə 11 faizdən çox azalıb.

Ermənistan Mərkəzi Bankının xarici ehtiyatları bu ilin yanvar ayında 1 milyard 994 milyon dollar təşkil edib, hərçənd bundan bir ay əvvəl göstərici 2 milyard 249 milyon dollar səviyyəsində idi.

Qeyd olunur ki, bu vəsaitlər dramın kursunun saxlanmasına xərclənilib.

İstinadlar Report