Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan bu gün iyulun 13-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Stanislav Zasla telefon danışığı aparıb.

Erməni KİV-ləri  xəbər verir ki, Mnatsakanayn Azərbaycan-Ermənistan sərhədində iyulun 12-dən başlayan döyüşlər barədə KTMT Baş katibini məlumatlandırıb.

Ermənistan XİN rəhbəri KTMT üzvü olan ölkəyə qarşı bu cür hərəkətlərin “qəbuledilməz olduğunu” bildirib.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan deyib ki, KTMT Baş katibi ilə “daimi rabitə saxlanılır” və təşkilat çərçivəsində iş davam edir.

İstinadlar virtualaz