Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 28-də Astanada keçiriləcək sammitində iştirak etməyəcək.

Bunu Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev bildirib.

“Erməni həmkarlar bu tədbirdə şəxsən iştirak etməkdən imtina ediblər. Bununla belə, onlar təsdiq edilməsi nəzərdə tutulan bütün sənədlərin məhdud formatda qəbul edilməsinə etiraz etmirlər”, – o qeyd edib.

Noyabrın 28-də Astanada əvvəlcə Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və Təhlükəsizlik Şuralarının Katibləri Komitəsinin birgə iclası, daha sonra isə KTMT Kollektiv Təhlükəsizlik Şurasının sessiyası keçiriləcək.

İstinadlar Report