Ermənistanın iqtidardakı “Mənim addımım” Partiyasının parlament qrupu Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın səlahiyyətlərinə xitam vermək istiqamətində prosesə başladıqlarını açıqlayıb.

Bu barədə qapalı iclasdan sonra qrupun lideri Lilit Makunts və parlamentin dövlət hüquq məsələləri komissiyasının rəhbəri Vladimir Vardanyan açıqlama veriblər.

Səbəb kimi H.Tovmasyanın vəzifəsində pozuntulara yol verdiyi və səlahiyyətlərindən sui-istifadə etdiyi səbəb kimi göstərilir.

Bu məsələ ilə bağlı son qərar Konstitusiya Məhkəməsi tərəfindən veriləcək.

İstinadlar Report