Ermənistan İstintaq Komitəsinin keçmiş əməkdaşı 40 min dollar məbləğində (19 milyon 400 min dram) rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Məlumatı Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb.

Bildirilib ki, Xidmət əməkdaşlarının apardığı araşdırma nəticəsində İstintaq Komitəsinin Kotayk vilayəti İdarəsinin Abovyandakı bölməsinin əvvəllər xüsusi işlər üzrə müstəntiqi işləmiş S.S. qətl faktı üzrə cinayət işinin maddəsini başqa müdəailə əvəz edib. Bu dəyişikliyə əsasən, təqsirləndirilən veriləcək cəzanın müddəti də azalacaqmış. Sövdələşmə qarşılığında o, 40 min dollar rüşvət alıb.

Xidmətin araşdırması zamanı keçmiş müstəntiqin müttəhimin atasından 500 dollar məbləğində rüşvət aldığı da müəyyən olub.

Cinyət işi ilə bağlı materiallar Antikorrupsiya Komitəsinə təhvil verilib. Ermənistan Cinayət məcəlləsinin “Xüsusilə külli miqdarda rüşvətalma”, “Xüsusilə külli miqdarda rüşvətvermə” və “Rüşvət almağa vasitəçilik” maddələri üzrə təqsirləndirilən şəxslər məsuliyyətə cəlb ediliblər. Mayın 17-də o, saxlanılıb.

İstinadlar Report