Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla telefonla danışıb.

Tərəflər Dağlıq Qarabağdakı hərbi əməliyyatları müzakirə ediblər.

Çavuşoğlu Ermənistan – Azərbaycan münaqişəsində daimi həll olmadıqca atəşkəsin heç bir əhəmiyyət daşımayacağını bildirib:

“Atəşkəs bu gün əldə olunsa belə, işğal edilmiş ərazilər boşaldılmasa, münaqişə sabah yenidən başlaya bilər”.