“Ermənistan ərazisindən Azərbaycanın Qəbələ, Kürdəmir və Siyəzən şəhərlərinə operativ- taktiki raketlər atılıb”.

Bu barədə Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında məlumat verib.

“Mülki vətəndaşlar və mülki obyektlər Ermənistanın raket zərbəsi ilə hədəf alındı. Ermənistan mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir”, – deyə H. Hacıyev qeyd edib.