Hindistan Ermənistana 270 milyon dollar məblğində silah və hərbi texnika satıb.

Məlumatı Ermənistan KİV-i yayıb.

Bildirilib ki, Hindistanla imzalanan müqaviləyə əsasən, Ermənistan böyük həcmdə raket, mərmi və sursat sifarişi edib.

Sentyabrın əvvəlində Ermənistan ordusunu fasiləsiz silah və sursatla təchiz etmək üçün rəsmi İrəvanla Dehli arasında dövlətlərarası müqavilə imzalanıb.