Ermənistan Müdafiə Nazirliyi (MN) hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.

Bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib.

O bildirib ki, bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib: “Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.

İstinadlar Report