Ermənistanın Armavir vilayətində baş verən yol qəzası nəticəsində 1 hərbçi ölüb, 3 nəfər yaralanıb.

Hadisə Armavir-Qaraburun (indi Karakert adlanır) avtomobil yolunda qeydə alınıb.

“Mersedes” və “QAZ-3110” markalı avtombillər toqquşub.

Qəza nəticəsində ölən çavuş Ermənistanın ordusunun hərbi hissələrindən birində xidmət edirmiş.

Faktla bağlı cinayət işi başlayıb.

İstinadlar Report