Ermənistan havadarlarının oyunlarına uyaraq regionu yeni təhlükələrə sürükləyir.
Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib
O qeyd edib ki, ABŞ və Avropa İttifaqı (Aİ) Ermənistanı silahlandırıb orada möhkəm dayaq quraraq regional təhlükəsizlik sisteminin qarşısını almaq, öz layihələrini həyata keçirmək istəyirlər.
“Son illərin təcrübəsi göstərir ki, regionda yeni təhlükəsizlik arxitekturası qurulur və bu arxitekturanın qurulmasında əsas aparıcı oyunçular region ölkələridir. “3+3″ formatı da buna hesablanıb. Burada məqsəd odur ki, Cənubi Qafqaz və qonşu ölkələr həmin formatda iştirak etsinlər, onların maraqları uzlaşsın və beləliklə regional təhlükəsizlik təmin edilsin. Lakin qeyri-regional oyunçular bunu istəmirlər. Onlar regional təhlükəsizlik sistemini istədikləri kimi görmək üçün bizim regionumuza müdaxilə edirlər”,- İ.Vəlizadə qeyd edib.
Ekspert bildirib ki, regiondan kənarda olan oyunçular regionda gedən proseslərin onların maraqları ilə uzlaşması üçün burada öz hərbi-siyasi mövcudluqlarını təmin etmək istəyirlər: