
Ermənistan Hava Yolları İrəvan-İstanbul-İrəvan birbaşa reysini açır.
Bu barədə “Caliber” məlumat yayıb.
Bildirilib ki, ilk reys iyunun 30-da baş tutacaq və biletlərin satışı artıq başlayıb.
Uçuşlar həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Ermənistan Hava Yollarının bu uçuşuna icazə müəyyən edilmiş prosedurlara uyğun olaraq verilib.