Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) İstintaq İdarəsi Ermənistan Gömrük Komitəsinin sabiq rəhbəri Armen Avetisyanı qanunsuz sahibkarlıq fəaliyyəti və külli miqdarda vəsaitin mənimsənilməsində iştirakda şübhəli bilərək ona qarşı cinayət işi açıb.

A.Avetisyan 2001-ci ildən Dövlət Gömrük Komitəsinin rəhbəri vəzifəsini tutduqdan sonra digər şəxslərlə birlikdə Yerevanda “Golden Palace” mehmanxana kompleksinin tikintisini maliyyələşdirib. 2010-2012-ci illərdə Tsaxkadzorda başqa bir hotel açılıb. 2012-ci ildə bu mehmanxanaların sahibi səhmlərinin hamısı Avetisyanın oğlu Artaşesə məxsus olan, Böyük Britaniyada qurulan “Golden Group Limited” şirkəti olub.

Bu il ata və oğul Yerevanda daha bir mehmanxana – “Golden Palace Butik” hotelini açıblar. Bu üç mehmanxana 90 milyon dollar dəyərində qiymətləndirilir.

İstintaq davam edir.

İstinadlar Report