Ermənistanda klublar və azarkeşlər Ermənistan Futbol Federasiyasının rəhbərliyini istefaya səsləyib.
Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Federasiyasının prezidenti Armen Melikbekyanın istefası ilə bağlı tələb “Pyunik” və “Urartu” klubları tərəfindən irəli sürülüb. Daha sonra “Şirak” klubu da bu aksiyaya qoşulub.
Fotoda Armen Melikbekyan
Etirazlar ölkə çempionatı da nümayiş etdirilib. Belə ki, fanatlar “Noa” – “Urartu” matçının 13-cü dəqiqəsində pankartlar və fakellərlə meydana daxil olaraq futbol qurumuna qarşı şüarlar səsləndiriblər.
Nəticədə oyun yarımçıq dayandırılıb. Bir müddət sonra matç yenidən davam edib.
Qeyd olunub ki, Federasiyaya qarşı ilk etirazlar Ermənistan millisinin evdə UEFA Millətlər Liqası matçında Şimali Makedoniyaya (0:2) uduzmasından sonra baş verib. Bu, baş məşqçisi Aleksandr Petrakov vəzifəsindən uzaqlaşdırılmasına səbəb olub.