Azərbaycanın “Qarabağ” komandası məşhurlaşandan və dünyaya tanınandan sonra ermənilər ənənəvi məkrlərini indi də idmanda davam etdirməyə qərar veriblər.

Azərbaycan 24 xəbər verir ki, İrəvan “Artsax” adlı futbol klubunu yaratmağa hazırlaşır. “Qarabağ”a “alternativ” olaraq yaradılmasına cəhd edilən klubun Ermənistanın birinci liqasında oynaması planlaşdırılır. Kluba Tiqran Yesayanın rəhbərlik etməsi nəzərdə tutulur.

Komandanın taleyi haqqında hər şeyin iyul ayında bəlli olacağı bildirilib.

İstinadlar axar.az