Ermənistan Xarici İşlər Nazirliyinə yeni mətbuat katibi qadın təyin edilib.

Bunu nazirliyin keçmiş mətbuat katibi Tiqran Balayan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, XİN-in mətbuat katibi vəzifəsi Anna Naqdalyana tapşırılıb. Tiqran Balayan isə Ermənistanın Niderland krallığındakı səfiri təyin edilib.

Maraqlıdır ki, təxminen eyni vaxtda Azərbaycan XİN-də də eyni hadisə baş verib. Hikmət Hacıyev yüksək vəzifəyə irəli çəkilib, mətbuat katibi postu isə qadına tapşırılıb. Bu, Leyla Abdullayevadır.

İstinadlar Report