“Ermənistan nə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etdi, nə də edilən xəbərdarlıqlardan nəticə çıxardı”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, Qarabağda antitteror tədbirləri labüd idi: “Səbrin və təmkinin də bir həddi var və biz çox səbr etdik, lakin Ermənistan tərəfi Qarabağda, Şərqi Zəngəzurda, həm də şərti sərhəd bölgəsində təxribatlara əl atmaqdan çəkinmədi. Belə olan halda biz antiterror tədbirlərini həyata keçirməyə məcbur olduq”.

Komitə sədri xatırladıb ki, 2020-ci ilin 10 noyabr bəyanatının dördüncü bəndinə görə Rusiyanın sülhməramlı kontingentinin Qarabağda müvəqqəti yerləşdirilməsi ilə paralel olaraq qanunsuz erməni silahlı birləşmələri bölgədən çıxarılmalı idi: “Lakin Ermənistan bəyanatla üzərinə götürdüyü öhdəliyi 3 il yerinə yetirmədi. Əksinə yenidən Laçın yolu vasitəsilə Qarabağa qeyri-qanuni şəkildə silah-sursat, hərbi texnikalar daşımağa başladı. Dəfələrlə xəbərdarlıq edilsə də, onlar nə beynəlxalq hüququn norma və prinsiplərinə əməl etdilər, nə də edilən xəbərdarlıqlardan nəticə çıxardılar. Ona görə də Azərbaycan Ordusu antiterror tədbirləri həyata keçirərək 24 saat ərzində qanunsuz erməni hərbi birləşmələrini darmadağın etdi. Bütün bu tədbirlərin əsas məqsədi ondan ibarətdir ki, nəhayət Ermənistan Cənubi Qafqaza sülh lazım olduğunu başa düşsün”.

Report/Elchin Murad

Report/Elchin Murad

Z.Əsgərov söyləyib ki, antiterror tədbirləri zamanı mülki əhali və obyektlər hədəf alınmayıb.

İstinadlar Report