Ermənistan baş nazirinin keçmiş müavini Armen Gevorkyana ölkəsini tərk etməyə icazə verilməyib.

Məlumatı “Jamanak” qəzeti yayıb.

“Gevorkyan hava limanı əməkdaşlarına ölkəni tərk etmək hüququnun olmasına dair məhkəmə qərarını təqdim etsə də, ona təyyarəyə minməyə icazə verilməyib”, – deyə qəzet vurğulayıb.

Hava limanının əməkdaşları baş nazirin keçmiş müavininə ölkəni tərk etməsini qadağan edib və bu halda məhkəmə qərarı qüvvədən düşür.

Qeyd edək ki, Armen Gevorkyan korrupsiya və konstitusiya quruluşunun devirilməsində ittiham olunur.

İstinadlar Report