Ermənistan paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın iqamətgahı qarşısında etiraz aksiyası keçirilir.

Administrasiyaya girişin qarşısında kütləvi istefalara səbəb olan optimallaşdırma prosesinin ləğvini tələb edən hərbi komissarlıqların əməkdaşları etiraz edirlər.

Baqramyan prospektini taksi sürücüləri qismən bağlayıb. Sürücülərdən biri jurnalistlərə deyib ki, etirazçılar lisenziyalaşdırma prosesinin qaydaya salınmasını, yol hərəkəti qaydalarının pozulmasına görə olan cərimələr üzrə borcların silinməsini, paytaxtda parklamaya görə ödəmənin ləğv edilməsini tələb edirlər.

Avtomobil idxalçılarının nümayəndələri də baş nazirin iqamətgahının qarşısına toplaşıb və gömrük rəsmiləşdirilməsi müddətinin hazırda qüvvədə olan 10 gündən artıq olmasını tələb ediblər.

Etirazçıların hamısı baş nazirin nümayəndələri ilə görüş tələb edirlər.

İstinadlar Report