Ermənistan Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi yaratmağı planlaşdırır.

Bu barədə Ermənistan hökumətinin hüquqi aktlar üçün vahid saytında məlumat yerləşdirilib.

Bildirilib ki, bunlar Azərbaycanın Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazdəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq.