Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşəcəyini istisna etməyib.

Erməni nazir müavini jurnalistlərə açıqlamasında deyib:

“Son vaxtlar Ermənistan-Azərbaycan sərhədində vəziyyət o qədər də gərgin deyil, lakin heç kim istisna etmir ki, hər an müəyyən gərginlik yarana bilər”.

O, təfərrüatlara varmasa da, hər hansı bir məlumatın ictimaiyyətdən gizlədilməyəcəyini deyib.