Yaxın 10 ildə Ermənistan əhalisinin sayı 800 min nəfər azalaraq 2,2 milyon nəfər təşkil edə bilər.

Bunu “Sputnik-Armeniya”ya Ermənistan Auditorlar Palatasının sədri Nairi Sarkisyan deyib.

“Bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”, – o bildirib.

Sədr əsas səbəblərdən biri kimi mühacirəti göstərib – keçən il Ermənistanı 48 min vətəndaş tərk edib. Bu ilin sonuna kimi ölkədən gedənlərin sayının 2023-cü ilin göstəricisini üstələyəcəyi istisna edilmir.

Ermənistanda orta doğum əmsalı da dəyişib və ilkin məlumatlara görə, 1,4-1,5 təşkil edir.

N.Sarkisyanın sözlərinə görə, işsizliklə bağlı vəziyyət də ürəkaçan deyil. Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsizdir, 960 mini (pensiyaçılar, uşaqlar, fiziki imkanları məhdud olan şəxslər) isə iş prosesində iştirak etmir.

İstinadlar Report