“Azərbaycanın işğal altında torpaqlarını azad etməsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi bir fürsət pəncərəsi açıb”.

Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla görüşündə deyib. 

“Ermənistanın son 30 ildə olduğu kimi yenə də ciddi təxribatlara əl atdığına diqqət çəkən türkiyəli nazir qeyd edib ki, Ermənistan artıq təxribatlara son verməlidir: “Azərbaycanla imzalanan bəyanat çərçivəsində sülh danışıqlarına və əməkdaşlığa diqqət yetirməli, uzadılmış sülh əlini tutmalıdır”.

Sərhəd xəttindəki toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərinə rəhmət, yaralılara isə şəfa diləyən Akar qeyd edib: “Türkiyə olaraq indiyə qədər etdiyimiz kimi “bir millət, iki dövlət” anlayışını rəhbər tutaraq, azərbaycanlı qardaşlarımızla bir yumruq olmağa davam edəcəyik. Hər zaman can Azərbaycanın yanındayıq. Azərbaycan heç bir vaxt yalnız deyil”.

 

İstinadlar Qafqazinfo