“İrəvan ölkədə müxalifətin etirazlarını yatırmaq üçün KTMT-nin kollektiv qüvvələrinin göndərilməsi ilə bağlı təşkilata müraciət etməyib”.

Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətin iclasından sonra deyib.

“Bu, tamamilə yalan məlumatdır”, – deyə Qriqoryan söyləyib.

Xatırladaq ki, Ermənistan müxalifəti aprelin 25-dən etibarən paytaxt İrəvanda və ölkənin digər ərazilərində Baş nazir Nikol Paşinyanın istefasını tələb etmək məqsədilə etiraz aksiyaları keçirir.

İstinadlar Qafqazinfo