Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının keçmiş baş direktoru Qaqik Markosyan bir milyon dollardan çox vəsaiti mənimsəməkdə ittiham olunur.

Məlumatı Ermənistan Baş Prokurorluğu yayıb.

2002-2014-cü illərdə AES-in baş direktoru olan Qaqik Markosyan 380 milyon dramdan çox (bir milyon dollardan çox) pul mənimsəyib.

Bildirilib ki, o, 2011-ci ildə Rusiyanın “NovEnergoProm” şirkətindən yüksək qiymətə (33,54 milyon rubl) natamam armatur dəsti (14 ədəd) alıb.

Məlumata görə, həmin material anbarda qalaraq istifadə olunmayıb. Sonra onun yararlılıq müddəti keçib.

AES 2015-ci ildə Rusiyanın “Rusatom Service”dən 592 000 dollara 37 ədəd ədəd armatur komplekti almaq məcburiyyətində qalıb.

Bildirilib ki, 2022-ci il dekabrın 22-də Ermənistan Baş Prokurorluğunun təşəbbüsü ilə Markosyana qarşı cinayət işi başlanılıb. İş Milli təhlükəsizlik Xitmətinin İstintaq İdarəsinə göndərilib. Bu il yanvarın 31-də Markosyana qarşı ittiham irəli sürülüb.

Qeyd edək ki, bu, Markosyana qarşı açılan ilk cinayət işi deyil. Hələ 2016-cı ildə o və AES-in keçmiş rəhbərliyinin başqar nümayəndələri xüsusilə irimiqyaslı mənimsəmədə ittiham olunublar.

İstinadlar Report