Ermənilərin İsrailin onlara məxsus olması iddiası yəhudilərlə toqquşmalara səbəb olub.

Məlumata görə, ilk qarşıdurma “Ağlama divarı” yaxınlığında baş verib. Toqquşmaya ermənilərin İsrailin onlara məxsus ölkə olması barədə ittihamı səbəb olub. Belə ki, ermənilərdən birinin “Bura – İsrail bizim ölkəmizdir, bura evimizdir”, – deməsi tərəflər arasında qarşıdurma yaradıb.

Qeyd edilir ki, ermənilər yəhudiləri təqib ediblər. Bunu görən yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb.

Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan həbs olunub. O, saxlanılıb. G.Kaxkecyan məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib.

İstinadlar Report