Erməni hərbçilərinin Qarabağda bir müddət əvvəl basdırdığı minaya düşmüş öz həmvətənləri, Tavuş əyalətinin Azamut kəndinin 59 yaşlı sakini Nodar Mirzoyanın ayağı amputasiya edilib.

Bu barədə “Shamshyan-com” bildirib.

Məlumata görə, partlayış nəticəsində xəsarət almış Nodar Mirzoyan sağ ayağının aşağı ətrafını itirib. Hazırda onun müalicəsi davam etdirilir.

Fakt üzrə Ermənistan polisində cinayət işi qaldırılıb. Onun hansı ərazidə və hansı şəraitdə minaya düşməsi açıqlanmır.

İstinadlar Report