Ermənilər Xocalıda nə edir? – Yeni görüntülər – VİDEO

Azərbaycan tərəfinin hesablamalarına görə, ərazimizdə 10 minə qədər erməni hərbçisi var, bu isə Üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır.
Bu barədə “Caliber”in hazırladığı süjetdə məlumat verilir.
Bildirilir ki, Azərbaycan tərəfi Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin, tərkibində Ermənistan vətəndaşlarının da olduğu hərbiləşdirilmiş dəstələrlə birlikdə Azərbaycanın Qarabağ iqtisadi rayonunun ərazisində qeyri-qanuni qalmaqda davam etməsiylə bağlı dəfələrlə bəyan edib.
Təqdim olunan videoda Ermənistan hərbçilərinin Xocalıda hərbi poliqonda döyüş atışları həyata keçirdiyini təsdiqləyən yeni görüntülər də öz əksini tapıb.
Ətraflı süjetdə:
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video

Faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, mayın 31-i saat 16:00-a olan məlumatına əsasən Naxçıvan, Göygöl, Daşkəsən, Ağstafa, Gəncə, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Balakən, Tovuz, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından sel keçir.
Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində isə Fərəhli kəndlərinə diametri 10-12 mm, Şəmkir rayonu Yuxarı Seyfəli və Çinarlı kəndlərinə saat 15:47-15:57 radələrində 10-12 mm, saat 16:54-16:56 radələrində Balakən rayonuna xırda dənəli dolu düşüb.
Qərb küləyi arabir Tovuzda 20 m/s, Gədəbəydə 18 m/s-dək güclənib.
Oğuza dolu düşdü – Video

Oğuz rayonuna güclü dolu düşüb.
Rayon ərazisində günorta saatlarından etibarən başlayan yağış daha sonra dolu ilə müşaiyət olunub.
Bölgədə qeyri-sabit hava şəraiti hələ də davam edir.
Həmin görüntüləri təqdim edirik:
Buzovnada dənizkənarı yenidən hasarlandı – Video

Paytaxtın Buzovna qəsəbəsi, Zuğulba adlanan ərazidə çimərliyin sahilyanı ərazisi hasarlanıb.
Sakinlər dəniz kənarında hərəkətə mane olan hasarın sökülməsini istəyirlər.
Onlar deyir ki, hər dəfə bura gələndə qayaların üzərindən keçmək məcburiyyətində qalırlar.
“Xəzər Xəbər” mövzu ilə bağli ötən gün Xəzər rayon İcra Hakimiyyətinə müraciət etsə də, qeyri-iş günü olduğu üçün bu gün açıqlama veriləcəyi bildirilib.
Bu gün isə İcra Hakimiyyəti sorğunu yenə cavablandırmayıb.
Sakinlər ümid edir ki, onların gediş-gəlişinə mane olan hasar sahildən söküləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
İshak Hersoqun qarşılanma mərasimindən – Video

Xəbər verdiyimiz kimi, Azərbaycana rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İshak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət Bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İshak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.
“Qafqazinfo” rəsmi qarşılanma mərasiminin görüntülərini təqdim edir:
Kəmaləddin Heydərov BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb – VİDEO

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, qonaqları səmimi salamlayan nazir K.Heydərov FHN tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir FHN-in qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.
Azərbaycan ilə BƏƏ arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. K.Heydərov Azərbaycan FHN və BƏƏ-nin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu arasında imzalanmış Fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunun münasibətlərin inkişafına mühüm töhfə verdiyini xatırladıb, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və ixtisasartırma kurslarının, treninq, seminar və elmi konfransların keçirilməsi üzrə Azərbaycan FHN-in Akademiyası ilə BƏƏ-nin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın formalaşdırılmasının əhəmiyyətinə toxunub.
Səmimi görüşə görə təşəkkür edən BƏƏ-nin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsi Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumların əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycan FHN-in istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu təcrübədən yararlanmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.
Daha sonra qonaqlar FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.
“Azərişıq” Zodda 35 kV-luq xəttin çəkilişini yekunlaşdırdı – Video

“Azərişıq” ASC Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində 35 kV-luq xəttin çəkilişini yekunlaşdırıb.Yüksək dağlıq relyefə, çətin yollara sahib Kəlbəcər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində obyektlərə işıq verilib.
Bu istiqamətdə 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən istifadə etməklə 22 km uzunluqda xətt çəkilib. 700-dən çox dayaq basdırılıb. 250 kVA gücündə Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Artıq Zod yaşayış məntəqəsi istiqamətində xüsusi obyektlər eketrik enerjisi ilə təmin olunub.
Xatırladaq ki, Azərişıq ASC tərəfindən 18 iyul 2021-ci il tarixində Kəlbəcər şəhəri elektrik enerjisi ilə təmin edilib. Sovet dövründə elektrik enerjisinin olmadığı ucqar ərazilərdə belə yeni şəbəkələr qurulub. Yüksək dağlıq ərazidə yerləşən Alagöllərə ilk dəfə elektrik enerjisi verilib.
26 iyun 2022-ci ildə cənab Prezident İlham Əliyev Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. İşlər bu gün də uğurla davam etdirilir.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıtdı… – Video

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Öz doğma yurduna qayıdanlardan biri də Xəlilova Ruqiyyədir.
“Laçın vaxtları”nı keçirdiyi Laçına qayıdan yaşlı qadın 31 il sonra öz ata-baba yurduna qayıtmağın təəssüratlarını bölüşüb.
Laçının möhtəşəm gecə görüntüsü – Video

Xəbər verdiyimiz kimi, ötən gün azad olunandan sonra Laçın ilk sakinlərini qarşılayıb.
“Qafqazinfo” yenidənqurma-bərpa işlərinin aparıldığı Laçından yeni görüntüləri təqdim edir:
“Sıx yumruğun, ey qoca türk!” – Video

Azərbaycanda Müstəqillik Gününün qeyd olunduğu ərəfədə, Türkiyədə iki ölkə arasında olan dostluğun yenidən gündəmə gəldiyi məqamda Xalq artisti Nurəddin Mehdixanlı “Daim qalib gələcəksən” adlı şeiri səsləndirib.
Şeir ölkəmizin qazandığı şanlı qələbəyə, Azərbaycan-Türkiyə dostluğuna həsr olunub.
Şeir dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” uvertürasının sədaları altında təqdim edilib.
Həmin şeiri təqdim edirik:
Ərdoğan Prezident Külliyəsində qələbə çıxışı edib – VİDEO

Növbəti dəfə Prezident seçilən Rəcəb Tayyib Ərdoğan qələbə çıxışı edib.
Ərdoğan Ankarada Prezident Külliyəsinin qarşısına toplaşan minlərlə seçicisinə təşəkkür edib.
“Mayın 14-də və 28-də həm daxildə, həm də xaricdə seçkilərə gedərək demokratiyamızın qüdrətini sübut etmiş hər bir vətəndaşa təşəkkür edirəm. Bu prosesdə ictimaiyyəti, partiya nümayəndələrini, seçki qutularının məsul işçilərini, müşahidəçiləri, polis əməkdaşlarını və seçkinin ən sağlam şəkildə keçirilməsi üçün çalışan hər kəsi təbrik edirəm.
Çoxpartiyalı siyasi həyatımızın ən mühüm seçkilərindən birində millətimiz Türkiyənin xeyrinə qərar verdi. Ancaq qalib olan yeganə biz deyilik, qalib Türkiyədir. Demokratiyamız qalib gəldi. Xatırlayırsınızsa, həmişə deyirdik ki, biz qalib gələndə ölkəmizdə heç kim uduzmayacaq”.
Ərdoğan bildirib ki, seçkilərdə məğlub olan çirkin ssenarilərin sahibləri, terror təşkilatlarıdır:
“İndi seçki dövrü ilə bağlı bütün mübahisələri, münaqişələri bir kənara qoyub, milli məqsədlərimiz, arzularımız ətrafında birləşməyin vaxtıdır. Biz bu çağırışı yalnız söz üçün deyil, bütün qəlbimizlə edirik. Türkiyənin gücünün 85 milyon insanın bir yerdə olmasından qaynaqlandığını bilirik.
Bu gün mərhum Menderesin canından keçdiyi demokratiya və inkişaf həmlələrimizin ən yüksək səviyyəyə çatdığı gündür. Mərhum Özalın son nəfəsinə qədər davam etdirdiyi böyük Türkiyə arzusunun başlanğıc günüdür. Rəhmətlik Ərbakandan mərhum Türkeşə qədər gedən mübarizələrin hədəfinə çatdığı gündür.
21 ildir ölkəmizə gətirdiyimiz işlərlə, millətimizə göstərdiyimiz xidmətlərlə Türkiyənin əsrin müjdəsini verən gündür. Bunu sizinlə etdik. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamısı təbriklərini çatdırdılar və görürük ki, sabah da bu təbriklər davam edəcək. Aylardır bizə qarşı qurulan ittifaqları görmüsünüz. Kimin kiminlə olduğunu, terror təşkilatlarına qarşı dayandığımızı gördünüz”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsinə gəlib.
“Report” xəbər verir ki, Ərdoğan tərəfdarları qarşısında hazırda qələbə çıxışı edir.
Onun sözlərinə görə, prezident seçkilərində hər hansı bir ciddi problem yaşanmayıb: “İstər 14 may, istərsə də 28 mayda seçkilərə gedən bütün vətəndaşlarımıza təşəkkür edirəm. Qazanan təkcə biz deyilik, qazanan bütün Türkiyədir. İndi milli məqsədlərimiz və milli arzularımız ətrafında birləşmək və inteqrasiya etmək vaxtıdır”.
Türkiyənin 13-cü Prezidenti seçilən Ərdoğan Ankarada meydana toplaşan minlərlə seçicisinə təşəkkür edib.
“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu

Xəbər verdiyimiz kimi, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edib.
Bu zaman Laçın sakinləri Prezidentə olan sevgilərini dövlət başçısını öpüb qucaqlamaqla bildiriblər.
Sakinlərdən Elbrus Sadıqov isə Prezidentə “Mən çoxdan arzulayırdım ki, Sizi qucaqlayıb öpüm. Şükür Allaha arzuma çatdım” deyə müraciət etməsi ilə diqqət çəkib.
Olduqca həssas anların yaşandığı görüşdən həmin görüntüləri təqdim edirik:
Ərdoğanı ilk təbrik edən Azərbaycan Prezidenti olub – VİDEO

Türkiyədə keçirilən ikinci tur prezident seçkilərində seçki qutularının açılması davam edərkən Prezident Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub.
Türkiyə mediası prezident İ. Əliyevin təbrikini “Ərdoğanın zəfərinə ilk təbrik qardaş Azərbaycandan gəldi” başlığı ilə yayımlayıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək onu prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
İ. Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə inamı kimi qiymətləndirib və onun rəhbərliyi ilə Türkiyənin hərtərəfli inkişafının növbəti illərdə də davam edəcəyinə əmin olduğunu bildirib.
Ərdoğan sevincini mahnı ilə bildirdi – Video

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciət edib.
O, çıxışı zamanı “Duyanlara Duymayanlara” mahnısını ifa edib. Dövlət başçısının ifası maraqla qarşılanıb.
Qeyd edək ki, Ərdoğan sözügedən mahnını bir neçə müraciətində oxuyub.
Ərdoğan xalqa müraciət edir – Canlı – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hazırda xalqa müraciət edir.
O, Kısıklıda böyük izdihamla qarşılanıb.
Məktəbdə siçana görə səsvermə dayandırıldı – Video

Hatayın İskəndərun rayonunda səsvermə zamanı sinif otağında peyda olan siçan seçiciləri və rəsmiləri təşvişə salıb.
Buna görə Fatih Sultan Mehmet İmam Hatip Liseyində seçicilər qorxulu anlar yaşayıb.
Belə ki, səsvermənin aparıldığı sinif otağında görünən siçan hər kəsi təşvişə salıb. Otaqda olan vətəndaşların bəziləri siçandan qorxaraq partaların üzərinə çıxarkən, digərləri siçanı zərərsizləşdirmək üçün hərəkətə keçib.
Siçana görə səsvermə bir müddət dayandırılıb. Siçan zərərsizləşdirildikdən sonra isə səsvermə presesi davam edib.
Həmin görüntüləri təqdim edirik:
Sədərəkdə bəzi fərdi yaşayış evlərinə yağış suları dolub – VİDEO

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac kəndi ərazisində güclü yağış səbəbindən bəzi fərdi yaşayış evlərinə yağış suları dolub.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri hadisə ilə əlaqədar dərhal əraziyə cəlb olunub, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirləri görülüb.
Bundan əlavə, intensiv yağışların Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində törətdiyi fəsadların aradan qaldırılması tədbirləri də davam etdirilir.
Həmçinin baxın
Şimşək çaxıb, dolu yağıb, Dəstəfurçay-Qaraqollar çayından sel keçir – Faktiki hava+Video
“Çoxdan arzulayırdım ki, sizi qucaqlayıb öpüm” – Prezidentə sevginin videosu
İlqar Vəlizadə: “Ərdoğanın sayəsində Türkiyədə siyasi sabitlik təmin olunub” – VİDEO
Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb – VİDEO
Bakıda ikimərtəbəli yaşayış binasında yanğın olub, 3 nəfər xilas edilib – VİDEO
Qadın sərnişinlərlə əxlaqsız təkliflər edən 69 sürücüsü müəyyənləşib – VİDEO
MN: “Azad edilmiş ərazilərdə may ayı ərzində 600 hektaradək ərazi minalardan tam təmizlənib” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla