Erməni rejissor Mqer Mkrtçyan, prodüser Armen Qriqoryan, aktyor Toxatyan Qrant və digər şəxslər Ermənistan əhalisinə müraciət ediblər.

“Belə çıxdı ki, Ermənistanda hakimiyyət yoxdur. Dövlətin hər hansı səlahiyyətli orqanı yoxdur ki, müharibədə itkin düşənlərin və əsir götürülənlərin qaytarılması, həmçinin həlak olmuş əsgərlərin basdırılması prosesi ilə koordinasiyalı şəkildə məşğul olsun”, – deyə onların çağırışında bildirilir.

Onlar bildiriblər ki, Ermənistandakı bu problemlərin həlli harada yaşamasından asılı olmayaraq, hər bir ermənidən asılıdır.

İstinadlar Report