Ermənilər Laçın şəhərində qalacaqlar?

Ötən gün “Laçın icması”nın rəbəri Narek Aleksanyanın rus mediasına açıqlamasında onlara Laçın şəhəri və Ermənistanla sərhəddə yerləşən Zabux və Sus kəndlərindən hələ köçməməklə bağlı göstəriş gəldiyi haqda açıqlaması müzakirələrə səbəb olub.

Aleksanyan bu göstərişin “Xankəndidən” gəldiyini, amma dəqiq heç nəyin bilinmədiyini vurğulasa da, son gündə köç qərarının alınacağı halda köçməyin çətin olmayacağını da deyib. Çünki hələ müharibənin getdiyi vaxtda Laçın şəhəri də daxil olmaqla, rayondan erməni mülki əhalisinin böyük əksəriyyəti əşyalarını yığışdıraraq, çıxıb.

Maraqlıdır, Laçın şəhəri və Zabux və Sus (hər iki kənd Zabux kəndinin inzibati ərazisinə daxildir) kəndlərində ermənilərin qalmasının mümkünlüyü barədə ehtimal hardan yaranıb?

Məsələ bundadır ki, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayacaq erməni icmasının əlaqəsini təmin etmək üçün saxlanılan “Laçın dəhlizi”nin eni 5 kilometrdir. Bu yola nəzarət də Rusiya sülhməramlılarındadır. “Laçın dəhlizi” Laçın şəhərindən və Zabux kəndindən keçdiyi üçün həmin ərazilərin “neytral zona” olacağı ehtimalı ortaya çıxıb.

Ancaq 10 noyabrda imzalanan Bəyanatda Laçın rayonunun tam boşaldılması nəzərdə tutulur. Ona görə də sual yaranır: ermənilər Laçın şəhərində necə qala bilərlər?

Bu barədə danışan erməni ekspertləri də Laçın şəhərində ermənilərin yaşama imkanlarının olmadığını qeyd ediblər.

Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan deyib ki, Azərbaycan heç bir güzəşt etməyəcək:

“Zod (Söyüdlü – red.) qızıl mədəninin əhəmiyyətli hissəsinə girən və onu sərhədlərinə qatan Azərbaycan Ordusunun Laçın şəhərinə də girəcəyinə heç bir şübhə etmirəm. Onlar bunun üçün birgə Bəyanatı əsas götürəcəklər”.

Melkonyan bu məsələlərə rəsmi açıqlama verilməsini tələb edib.

İndiyə qədər isə heç bir rəsmi açıqlama verilməyib. Ermənistan rəhbərliyi bu cür ziddiyyətli məqamdan Laçın şəhərinin boşaldılmaması üçün istifadə etməyə cəhd göstərsə də, bunu birbaşa elan etməyib. Belə ki, bu barədə yalnız icma sədrinin açıqlaması və yaxud “Xankəndidən gələn tapşırıq” ümumi ifadəsi ilə Azərbaycanın mövqeyi yoxlanılır.

Azərbaycanın mövqeyi isə üçlü Bəyanatda qəti şəkildə ifadə olunub.

İstinadlar Axar

işlərə başlayıb
14:24 2024-cü ilədək Çin “Əşyalar interneti” üzrə ən böyük bazara çevriləcək
14:22 Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq
14:17 Kəlbəcərdə ekoloji monitorinqlər davam etdirilir – Fotolar
13:55 Avropa Komissiyası şirkətləri sanksiyalardan qorumaq planı hazırlayıb
13:52 “İşi ilə əlaqədar yeni doğulmuş övladını da çox az görmüşdü”
13:47 Dünyanın gözü sabah bu şəhərdə olacaq: Bayden andiçməyə hazırlaşır
13:27 Temperatur gecə saatlarında 0 dərəcəyə yaxınlaşacaq
13:24 Mirdaməd Sadıqovun vəziyyəti ağırlaşdı
13:22 Füzulinin Şəkərcik kəndindən görüntülər – VİDEO
12:54 Qarabağda qalıqları tapılan erməni hərbçilərin sayı artıb
12:52 Daha 7 erməni hərbçinin meyiti tapıldı
12:47 “Vaksinlər ilk dozada öz təsirini dərhal göstərməyə bilər”
12:39 Çində koronavirusun yeni episentri aşkarlanıb
12:37 KİV: Bayden miqrasiya sahəsində islahatlara başlayacaq
12:24 Rus general Kəlbəcərdə Azərbaycanlılara qadağa qoydu – VİDEO
12:23 Makron nazirlərin vaksinasiyadan danışmasını qadağan etdi
12:19 Prezident Qarabağ Dirçəliş Fondu ilə bağlı fərman imzaladı
12:17 Rusiyada son sutkada 586 nəfər pandemiyanın qurbanı olub
12:07 Nəsimidə 20 Yanvar facəsinin ildönümü ilə əlaqədar sosial aksiya keçirildi – Fotolar
12:04 Yaponiyada qar təmizlənməsi zamanı 60-dan çox insan