Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində həlak olan polis Asim Knyaz oğlu Camalzadə ilə vida mərasimi keçirilib.
“Report”un yerli bürosu məlumat verir ki, Asim Camalzadə ilə vida mərasimi onun yaşadığı evdə – Sumqayıt şəhər 20-ci mikrorayon ev 54-ün qarşısında olub.