Ermənistanda əsir və itkin düşmüş hərbçilərin valideynləri və qohumları Ermənistan hökumətinin binasının qarşısına toplaşıblar.

Onlar Ermənistan parlamentinin spikeri Alyon Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamalarından hiddətləniblər.

Belə ki, Simonyan “Hesab edirəm ki, əsirlər mənim üçün artıq mövcud deyil” açıqlaması ilə gündəm olmuşdu. Onun sözlərinə görə, əsir düşənlər silahı yerə qoyub fərarilik edənlərdir. Simonyan bütün fərarilərin mühakimə edilməli olduqlarını da bildirib. 

Etirazçılar hazırda ölkənin müxtəlif yerlərindən insnaların irəvana gəldiklərini və hamı toplaşdıqdan sonra hərəkətə keçəcəklərini bildiriblər. Konkret hansı addım atılacağını isə açıqlamayıblar. 

İstinadlar Qafqazinfo