Xəbər verdiyimiz kimi, bu gün Ermənistan Müdafiə Nazirliyi cəbhədə Azərbaycanın əks-hücumu nəticəsində ölən daha 28 hərbçisinin adını paylaşıb.

Öldürülən hərbçilərdən biri də Ermənistan ordusunun polkovniki, 1972-ci il təvəllüdlü Nikolay Mikaeloviç Aykyandır.

Onun fotosu sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi indiyə qədər 59 hərbçisinin öldüyünü və 200-dən çox yaralı olduğunu təsdiqləyib.