
Ermənistan ordusu Qazaxın Azərbaycana təhvil verilən kəndlərindən geri çəkilir.
Bildirilir ki, Tavuş yeparxiyasının rəhbəri Boqrad Qalstanyan artıq həmin ərazilərdə Azərbaycan bayrağının dalğalandığını söyləyib: “Vəziyyət olduqca mürəkkəbdir. Aylarla, günlərlə, illərlə düşündüyümüz reallığa çevrildi. Ordumuz mövqelərimizdən geri çəkildi. Artıq, deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən öz gözlərimlə görməmişəm, amma belə deyirlər. İnsanlar görüblər…”