Ermənistanda yoxsulluğun səviyyəsi artır.

Bu barədə “Aysor” məlumat yayıb.

Bildirilib ki, Ermənistan Statistika Komitəsinin hesabatına görə, 2020-ci ildə yoxsulluq həddi 27 faiz olub. Bu, 2019-cu illə müqayisədə 0,6 faiz çoxdur.

Hesabatda qeyd edilib ki, Ermənistan əhalisinin 78 faizi yaşadığı evdən bir həftə kənarda yaşaya bimir. Ölkə vətəndaşlarının 75 faizi konsert, idman yarışları, film seyr etmək kimi müxtəlif ödənişli əyləncəli tədbirlərdə müntəzəm iştirak etmir. Əhalinin 68 faizi gözlənilməyən maliyyə məsrəfləri edə bimir. Ermənistan əhalisinin 47 faizi qırmızı ət, toyuq əti, balıq, yaxud gündəlik vegeterian qidalarına ekvivalent başqa yeməklər qəbul etməkdən məhrumdurlar. Əhalinin 60 faizinin avtomobili yoxdur, ölkə vətəndaşlarının 30 faizi geyimini təzələyə bilmir.

İstinadlar Report