Ermənistanda hərbi qulluqçunun əsgər yoldaşını güllələyərək öldürməsi ilə bağlı cinayət işi başlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin başqaları üçün artan təhlükə yaradan silah, sursat və əşyalar, material və maddələrlə rəftar qaydalarının pozulması maddələri üzrə cinayət işi açılıb.

İstintaq Komitəsinin mətbuat xidmətindən bildirilib ki, hadisə mayın 4-də, saat 20:00-da baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan adı açıqlanmayan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.

İstinadlar Report