
“İndiyədək 146 əsgərin qalıqları Ermənistana qayıdıb”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter səhifəsində yazıb.
“Azərbaycan beynəlxalq hüquqa güclü sadiqliyini nümayiş etdirərək 12-14 sentyabr tarixlərində son hərbi təxribat zamanı sərhəddə öldürülən erməni əsgərlərinin qalıqlarının axtarışını davam etdirir.
İndiyədək 146 əsgərin qalıqları Ermənistana qayıdıb”,-deyə Hacızadə bildirib.