Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin hərbi şəhərciyinin emalatxanasında müqavilə üzrə xidmət aparan çavuşun meyiti tapılıb.

Evakuasiya dəstəsinin komandiri, Araqaçotn vilayətinin 44 yaşlı sakini İ.Makiçin meyiti bu gün saat 14:00 radələrində asılmış vəziyyətdə aşkarlanıb.

Hazırda İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin 4-cü qarnizonunun istintaq şöbəsində araşdırma aparılır.

İlkin məlumatlara görə, əsgər intihar edib.

İstinadlar Report