
“Hadisələr çox sürətlə inkişaf edir, bu istefa açıq şəkildə geosiyasi kontekst ehtiva edir. Armen Sarkisyan bir neçə gün əvvəl 200 meqavatlıq günəş elektrik stansiyasının tikintisi üçün BƏƏ-dən maliyyə alıb və bunun başlanğıc olduğu bildirilib”.
Bunları Ermənistan parlamenti fraksiyasının deputatı Artur Kazinyan özünün feysbukdakı səhifəsində yazıb.
“Niyə indi, bazar gecəsi..? Bir şey şübhəsizdir – Ermənistanda siyasi reallıqlar dəyişib və sonrakı proseslər hakimiyyətin tamamilə dəyişməsinə gətirib çıxara bilər.