“Ermənistanda fəlakət artıq qarşısı alınmaz xarakter daşıyır”.

Bunu Ermənistan parlamentinin üzvü, müstəqil deputat sayılan Tiqran Urixanyan “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, gələn həftə hökumət üzvləri koronavirulsa bağlı testdən keçəcəklər: “Birbaşa və dolayı yolla bu sonuncu test olacaq. Mən sizi vacib olan tibbi avadanlıq idxal etməyə, dezinfeksiya ilə bağlı irimiqyaslı tədbirlər görməyə və daha dəhşətli hadisələrə hazır olmağa çağırıram”.

T.Urixanyan sosial şəbəkələrdə təhqiramiz ifadələr yazıb, qarayaxma ilə məşğul olanları sağ qalmaq üçün Allaha dua etməyə səsləyib.

İstinadlar Report