
Ermənistan kiçik addımlarla Azərbaycanla etimad mühiti yaratmağa çalışır və Tavuş istiqamətində sərhədin delimitasiyası bu məntiqə uyğundur.
Bu barədə jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasından olan deputatı, dövlət-hüquq məsələləri üzrə komissiyanın rəhbəri Vladimir Vardanyan bildirib.
“Real siyasət konsensusun əldə oluna biləcəyi və irəliləməyə davam edə biləcəyimiz sahələri (sərhədləri) tapmağa çalışmaq üzərində qurulur. Nəticə etibarı ilə, kiçik addımlarla qarşılıqlı etimad bəzi epoxal qərarlardan daha vacibdir”, – o qeyd edib.