
2020-ci ilin dekabr ayında Hadrut istiqamətində və müxtəlif vaxtlarda sərhəddə həyata keçirilən antiterror tədbirləri zamanı saxlanılan erməni hərbi qulluqçuları yaxın günlərdə Ermənistana qayıda bilər.
Bunu parlamentdə jurnalistlərə açıqlamasında “Mülki müqavilə” fraksiyasının deputatı, xarici əlaqələr komissiyasının rəhbəri Sarkis Xandanyan deyib.
“Düşünürəm ki, onlar bir neçə günə, hətta saata qayıda bilərlər”, – deputat bildirib.
Onun sözlərinə görə, hərbçilərin mübadiləsi Ermənistan-Azərbaycan sərhədində baş tuta bilər.