“Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib”.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.

Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyyəsi üçün kömək istəyir.