Qazaxıstan və Azərbaycan həmişə mehriban qonşuluq münasibətlərində olub, iki ölkə son illərdə əməkdaşlığın dərinləşməsinin xüsusi səviyyəsini nümayiş etdirir.

Bunu Qazaxıstan Strateji Araşdırmalar İnstitutunun direktoru Erkin Tukumov Bakıda keçirilən Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası çərçivəsində bildirib.

Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlərin əsasında etimad dayanır. E.Tukumov iqtisadi sahədə əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib:

“Ölkələr arasında ticarət dövriyyəsi artmaqda davam edir. Əməkdaşlığın üfüqlərini genişləndirmək üçün böyük potensialımız var”.

O vurğulayıb ki, son bir il ərzində Transxəzər nəqliyyat marşrutu ilə daşımaların həcmi 62 % artaraq ildə 4,5 milyon tona çatı:

İstinadlar Report