Ermənistanla sülh müqaviləsinin imzalanması istiqamətində problemin həll yolu ölkədə yeni konstitusiyanın qəbul edilməsidir.
Bunu Azərbaycan Milli Məclisinin deputatı, hüquqşünas Erkin Qədirli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı konfrans çərçivəsində keçirilən “Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər” mövzulu paneldə deyib.
Deputat vurğulayıb ki, konstitusiyada preambula parlament tərəfindən referendumla dəyişdirilə bilər: