Yəmən və Ərəb Valyuta Fondu respublikaya iqtisadi, maliyyə və valyuta islahatlarının aparılması üçün 1 milyard ABŞ dolları vəsaitin ayrılması haqqında saziş imzalayıb.

Bu barədə Yəmənin hökumət xəbər agentliyi Saba məlumat yayıb

İslahat proqramı 2022-2025-ci illər üçün nəzərdə tutulub və maliyyə sisteminin gücləndirilməsinə, dövlət institutlarının bərpasına, sənaye bazasının şaxələndirilməsinə, inklüziv iqtisadi artımın, dayanıqlı inkişafın təşviqinə və yeni iş yerlərinin yaradılmasına yönəlib.

İmzalanma mərasimində Yəmən tərəfini maliyyə naziri Salem Saleh bin Breyk təmsil edib. O, mətbuat konfransında qeyd edib ki, planlaşdırılan transformasiya neft hasilatını, eləcə də qeyri-neft gəlirlərini artırmağa kömək edəcək ki, bu da Yəmən iqtisadiyyatına və vətəndaşlarının həyatına müsbət təsir göstərəcək.

İstinadlar Report