Bakı Dənizkənarı Milli Parkında Səudiyyə Ərəbistanından olan turist keçinib.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Əbubəkirovun verdiyi məlumata görə, ərəb turist “Kukla” teatrının yaxınlığında ürək tutmasından ölüb.

“Hadisə barədə çağırış 21.54-də daxil olub. Ölən şəxs 50-55 yaş aralığındadır”, – deyə o bildirib.

P.Əbubəkirovun sözlərinə görə, turist həkimlər hadisə yerinə gəlməmişdən dünyasını dəyişib.

İstinadlar Qafqazinfo