Səudiyyə Ərəbistanının dəstəklədiyi ərəb koalisiyası Yəmənin şimalındakı həbsxanaya hava zərbəsi endirib.

Koalisiya qüvvələri husilərin nəzarətində olan Saada şəhərinə hava hücumu zamanı müvəqqəti saxlama mərkəzini hədəf alıb

Hava hücumu nəticəsində onlarla insanın həlak olduğu bildirilir.

Bundan əvvəl yanvarın 20-də şəhərə edilən hava hücumunda azı 60 nəfər həyatını itirib. Əl-Hüdeydə şəhərində isə raket hücumu nəticəsində 3 uşağın həyatını itirdiyi deyilir.

İstinadlar Report