Ərəb koalisiyasının Yəmənə endirdiyi zərbələr nəticəsində son sutka ərzində husilərin 80-ə yaxın tərəfdarı zərərsizləşdirilib.
Bu barədə “Al-Arabiya” telekanalı məlumat yayıb.
“Son 24 saat ərzində Yəmənin Marib əyalətində husilərə qarşı ümumilikdə 17 hücum həyata keçirilib. 9 hərbi texnika məhv edilib”, – məlumatda deyilir.
Koalisiya hava qüvvələri Sənadakı hərbi istehkamlara və husi düşərgələrinə hava zərbələri endirib. Bombalama zamanı Nəbi Şaib dağı ərazisində silah-sursat anbarları və pilotsuz uçuş aparatları məhv edilib.